"Azərbaycan Dəmir Yolları" iki yeni qatar alıb

"Azərbaycan Dəmir Yolları" iki yeni qatar alıb
  • Clock-gray 11:55
  • calendar-gray 10 Dekabr 2019

"Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərin istəklərini nəzərə alaraq İsveçrənin "Stadler Real Group" şirkətindən daha iki ədəd ikimərtəbəli elektrik qatar alıb.

"APA-Economics"in məlumatına görə, bunu sözügedən qatarların təqdimetmə mərasimində jurnalistlərə açıqlama verən QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova deyib.

Onun sözlərinə görə, qatarın biri Bakı-Sumqayıt istiqamətində, digəri isə Bakı-Pirşağı istiqamətində hərəkət edəcəyi nəzərdə tutulub.

Yeni qatarlar 371 oturacaqla təmin olunub. Onlardan 9-u birinci sinif, 62-si biznes, 300-ü isə standart yerlərdir.

Natəvan Bayramova əlavə edib ki, ümumiyyətlə, İsveçrənin "Stadler Real Group" şirkətindən alınan bu tipli qatarların sayı 9-a çatıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər