"Azərkosmos": Azərbaycan peykinin ehtiyat idarəetmə mərkəzlərindən biri Kamerunda fəaliyyət göstərir

"Azərkosmos": Azərbaycan peykinin ehtiyat idarəetmə mərkəzlərindən biri Kamerunda fəaliyyət göstərir
  • Clock-gray 10:16
  • calendar-gray 27 Noyabr 2019

Azərbaycanın ikinci telekommunikasiya peyki olan "Azerspace-2"nin ehtiyat idarəetmə mərkəzlərindən biri Kamerunda fəaliyyət göstərir.

Bunu "APA-Economics"ə "Azərkosmos" ASC-nin sədr müavini Dunay Bədirxanov deyib.

Onun sözlərinə görə, bu mərkəz peykin resurslarının bərabər istifadə olunması üçün nəzərdə tutulub.

"Peyk kommersiya fəaliyyətinə başlayarkən ehtiyat idarəetmə mərkəzi artıq funksional idi və hazırda tam gücü ilə istifadə olunur", - deyə D. Bədirxanov qeyd edib.

Xatırladaq ki, "Azerspase-1" peyki daxil olmaqla Azərbaycana məxsus digər kosmik aparatların resursları həmçinin Bakı-Şamaxı şosesinin 38-ci km-də yerləşən əsas yerüstü peyk idarəetmə mərkəzindən idarə olunur. Bundan başqa ehtiyat yerüstü peyk idarəetmə mərkəzləri Naxçıvanda və Malayziyada yerləşir.

Qeyd edək ki, hazırda Azərbaycanın iki geostasionar ("Azerspace-1" və "Azerspace-2") və  bir aşağıorbitli ("Azersky") peykləri mövcuddur.

Hüseyn Vəliyev

Digər xəbərlər