"Bakcell": Hazırda 5G texnologiyası Azərbaycan bazarı üçün yararlı deyil

"Bakcell": Hazırda 5G texnologiyası Azərbaycan bazarı üçün yararlı deyil
  • Clock-gray 14:26
  • calendar-gray 26 Noyabr 2019

“Hazırda 5G texnologiyası Azərbaycan bazarı üçün yararlı deyil”.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə “Bakcell” şirkətinin baş icraçı direktoru Rainer Rathgeber bildirib.

Onun sözlərinə görə, 5G yeni bir texnologiya olduğundan onun istifadə imkanları çox məhduddur. Bu texnologiyanın yeganə üstünlüyü qısa siqnalvermə intervalıdır, hansı ki bu gün yalnız robotlaşdırılmış zavod və fabriklərdə istifadə oluna bilər. Bundan əlavə dünyada avtomobilin avtomatlaşdırılmış idarə edilməsi üçün da bu texnologiyadan istifadə olunur, bu da bizim mobil rabitə bazarında yaxın illərdə istifadə olunmayacaq.   Bu texnologiyanın Azərbaycanda tətbiqi üçün böyük investisiyalar tələb olunur. Belə ki, 5G stansiyaların əhatə dairəsi kiçikdir və keyfiyyətli xidmətin göstərilməsi üçün daha çox avadanlıqlar əldə olunmalıdır, bu isə İsveç və Çindən olduqca bahalı avadanlıqların alınmasını tələb edir və ancaq həmin şirkətlərin xeyrinə olacaq.

“Belə bir investisiya hazırda məqsədəuyğun deyil. Çünki adi istifadəçilər bundan yararlana bilməyəcəklər”, - deyə R. Rathgeber bildirib.

O həmçinin qeyd edib ki, hazırda 5G ilə edilə biləcək bütün işlər 4G texnologiyası vasitəsilə də həyata keçirilə bilir. İstifadə etdiyimiz texnologiyalar, yəni 2G, 3G və 4G bütün dünyada ən effektiv texnologiyalar hesab olunur. Bu texnologiyalar bütün mobil rabitə ehtiyacları ödəmək imkanına malikdirlər və hətta indiki istehlakçılar və cihazlar 4G texnologiyasının bütün imkanlarını istifadə etmir. Məsələn, “Bakcell” şəbəkəsinin təklif etdiyi maksimal sürət abunəçilərin istifadə etdiyi cihazların sürət imkanlarını belə üstələyir.

“Həmçinin hazırda ölkədə istifadə olunan smartfonlar 5G-yə hazır deyil. Daha dəqiq desək, onlar bu texnologiyanı dəstəkləmir”, - deyə şirkətin rəsmisi əlavə edib.

Emil İsmayılov

Digər xəbərlər