"Boeing" 737 Max tipli təyyarələrdə daha bir problem aşkarlanıb

"Boeing" 737 Max tipli  təyyarələrdə daha bir problem aşkarlanıb
  • Clock-gray 13:54
  • calendar-gray 18 Yanvar 2020

ABŞ-ın “Boeing” korporasiyası 737 Max təyyarələri üçün hazırlanan proqram təminatında daha bir problem aşkar edib.

APA-Economics” "Reuters"-ə istinadən xəbər verir ki, müəyyən edilən problem bu tip təyyarələrin uçuşlara qaytarılmasını ləngidə bilər. 

Problem bəzi sistem monitorlarının düzgün işləməsini yoxlayan proqram təminatı ilə əlaqədardır.

Xatırladaq ki, “Boeing” 737 Max tipli təyyarələrin uçuşları ardıcıl iki dəfə (Efiopiya və İndoneziyada) baş verən hava qəzalarından sonra bütün dünya üzrə dayandırılıb.

 

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date