"Buta Airways" Bakıdan Lvova birbaşa reys açır

"Buta Airways" Bakıdan Lvova birbaşa reys açır
  • Clock-gray 11:49
  • calendar-gray 29 Noyabr 2019

Loukost aviaşirkəti “Buta Airways” 23 dekabr 2019-cu ildən Bakıdan Lvov şəhərinə birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, beləliklə, aviaşirkətin Ukraynadakı istiqamətlərinin sayı dördə çatmış olacaq. Hazırda “Buta Airways” Kiyev, Xarkov və Odessaya uçuşlar həyata keçirir.

Lvova uçuşlar bazar ertəsi və cümə axşamı yerinə yetiriləcək. Aviaşirkətin digər istiqamətləri kimi minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək.

Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür.

 

Hüseyn Vəliyev

Digər xəbərlər