“Buta Airways”ın təyyarəsi Həştərxandan məcburi Bakıya qayıdıb - YENİLƏNİB

“Buta Airways”ın təyyarəsi Həştərxandan məcburi Bakıya qayıdıb - YENİLƏNİB
  • Clock-gray 13:53
  • calendar-gray 06 Yanvar 2020

Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq Bakıya qayıdan “Buta Airways”in J2-9235 nömrəli reys Həştərxana yola düşüb.

 

Bu barədə APA-ya “Buta Airways”ddən bildirilib. Məlumata görə, təyyarə Bakı vaxtı ilə saat 13:05-də Həştərxana yola düşüb.

***

11:39

Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq “Buta Airways”in J2-9235 nömrəli reysində hava gəmisinin kapitanı Bakının hava limanına qayıtmaq qərarı verib.

Buta Airwaysdan APA-Economics”ə verilən məlumata görə, yerli vaxtla saat 10:50-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib.

Hava şəraitinin yaxşılaşmasından sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date