"Fitch" qlobal yükdaşımalar üzrə proqnozunu mənfi saxlayıb

"Fitch" qlobal yükdaşımalar üzrə proqnozunu mənfi saxlayıb
  • Clock-gray 18:01
  • calendar-gray 28 Noyabr 2019

Qlobal iqtisadi artım templərinin yavaşlaması, ticarətdə gərginlik və geosiyasi risklər 2020-ci ildə qlobal yükdaşımalara olan tələbin artım templərinin azalmasına səbəb olacaq.

Bu barədə “APA-Economics” “Fitch Ratings” agentliyinin dərc etdiyi hesabatına istinadən xəbər verir.

Agentliyin proqnozlarına görə, 2020-ci ildə konteynerlərlə qlobal daşımaların həcmi təxminən 2,5% artacaq. Artıma baxmayaraq, bu, son 8 il ərzində orta artım tempində (4,5%) əhəmiyyətli dərəcədə aşağıdır.

“Fitch”in proqnozlarına görə, 2020-ci ildə tankerlərlə həyata keçirilən qlobal daşınmalarda tələb və təklif müvafiq olaraq 2,5% və 3,5% artacaq və təklif və tələb arasında fərq balanslı qalacaq.

Bundan əlavə, 2020-ci ildə agentlik qlobal quru yüklərin daşımalarında 3%-lik artımın olacağını proqnozlaşdırır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date