"Həzi Aslanov" metrostansiyasında təmir olunan eskalator mayda istifadəyə veriləcək

"Həzi Aslanov" metrostansiyasında təmir olunan eskalator mayda istifadəyə veriləcək
  • Clock-gray 14:20
  • calendar-gray 15 Yanvar 2020

“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının “ET-5M” tipli 1 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 150 000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.

Təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq.

Eskalatorların yenidən istismara verilməsi may ayına planlaşdırılır.

Qeyd edək ki, bu eskalatorda əsaslı təmir işləri ilk dəfə aparılır.

APA-Economics

Digər xəbərlər

Arxiv

date