"Microsoft" Azərbaycanda bazar payını artırıb

"Microsoft" Azərbaycanda bazar payını artırıb
  • Clock-gray 17:43
  • calendar-gray 02 Dekabr 2019

Bu ilin noyabr ayında "Android" əməliyyat sisteminin Azərbaycan bazarında payı oktyabr ayı ilə müqayisədə 0,87 faiz bəndi azalıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, dekabr ayının 1-nə "Android"in ölkənin əməliyyat sistemi bazarında olan payı 47,19% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 5,8 faiz bəndi çoxdur.

Oktyabr ayı ilə müqayisədə noyabr ay ərzində "Microsoft Windows" əməliyyat sisteminin ölkə üzrə bazar payının həcmi 0,9 faiz bəndi artaraq dekabr ayının 1-nə 39,7% təşkil edib. Bu rəqəm ötən ilin eyni göstəricisindən 5,92 faiz bəndi çoxdur. "Microsoft"un proqram məhsulları Azərbaycanın əməliyyat sistemi bazarında ikinci yeri tutur.

Üçüncü mövqedə 6,47% bazar payı ilə iOS əməliyyat sistemi qərarlaşıb. Bu əməliyyat sisteminin ölkə üzrə bazar payı cari ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə 0,3 faiz bəndi artıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 0,4 faiz bəndi azdır.

Digər əməliyyat sistemləri üzrə olan pay bölgüsü: OS X – 3,67%, naməlum əməliyyat sistemləri – 1,71%, "Linux" – 0,77% və s.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date