"Nar" Qusarın Laza kəndini 4G şəbəkəsi ilə təmin edib

"Nar" Qusarın Laza kəndini 4G şəbəkəsi ilə təmin edib
  • Clock-gray 13:10
  • calendar-gray 26 Dekabr 2019

Azərbaycanın bütün regionlarını yüksək keyfiyyətli və sürətli internetlə təmin edən "Azerfon" şirkəti ("Nar" ticarət nişanı) bu dəfə dəniz səviyyəsindən 1 300 metr yüksəklikdə yerləşən Qusarın Laza kəndini 3G/4G şəbəkəsi ilə təmin edib.

Mobil operatordan "APA-Economics"ə verilən məlumata görə, bu Laza kəndində quraşdırılmış ilk 3G/4G baza stansiyasıdır. İndi Laza kəndində yaşayan sakinlər, eləcə də kəndə gələn turistlər "Nar"ın yüksək sürətli internetindən yararlana biləcəklər.

Qeyd edək ki, "Nar" interneti bütün ölkə əhalisi üçün əlçatan etmək məqsədilə Bakı və Abşeron yarımadası ilə yanaşı, regionlarda, şəhər və rayon mərkəzlərində də baza stansiyalarının sayını daim artırır. Bölgələrə xüsusi diqqəti ilə seçilən "Nar", hazırda 54 regionu 4G şəbəkəsi ilə təmin edib. 4G və 3G baza stansiyalarının sayını sürətlə artırmaqla mobil operator, Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətləri ilə təmin edir.

Nəticə olaraq, aparılan təkmilləşmə işləri nəticəsində 4G şəbəkəsi hazırda ölkə əhalisinin 92%-ni, ölkə ərazisinin isə 74,3%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər