"Nar" Yeni il bayramı ərəfəsində xaricə gedən abunəçilər üçün sərfəli rominq paketlərini təqdim edib

"Nar" Yeni il bayramı ərəfəsində xaricə gedən abunəçilər üçün sərfəli rominq paketlərini təqdim edib
  • Clock-gray 16:17
  • calendar-gray 25 Dekabr 2019

Azərbaycanın mobil rabitə operatoru “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) Yeni il bayramı ərəfəsində xaricə səfərə çıxan abunəçilər üçün sərfəli rouminq paketlərini təklif edir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, rouminq paketləri müştərilərin tələblərinə uyğun olaraq səsli zəng, internet və “WhatsApp”da pulsuz yazışma imkanı verir. “Nar” istifadəçiləri Türkiyə, Rusiya, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri kimi populyar istiqamətlər də daxil olmaqla, 45 ölkədə müvafiq rouminq paketinə qoşularaq öz yaxınları ilə daim ünsiyyətdə qala bilərlər.

Səyahət zamanı rahat ünsiyyətdən yararlanmaq üçün abunəçilər ehtiyaclarına uyğun olaraq 4 rouminq paketindən birini seçə bilərlər. “Roaming 9” paketi abunəçilərə 500 MB internet, “Roaming 15” paketi 500 MB internet və 50 dəqiqə səsli zəng, “Roaming 18” paketi 1 GB internet, “Roaming 28” paketi isə 1 GB internet və 100 dəqiqə səsli zəng xidməti təklif edir.

Qeyd edək ki, “Roaming 18” və “Roaming 28” paketlərində “WhatsApp” yazışmaları tamamilə pulsuzdur. Yəni bu trafik rouminq internet paketindən çıxılmır.

Səyahət zamanı “Nar” nömrələrində rouminqi aktivləşdirənlərin sayı ötən illə müqayisədə 2019-cu ilin yanvar-noyabr aylarında 25%, rouminqdə istifadə olunan internet trafikinin həcmi isə 68% artıb.

Ümumilikdə, “Nar” dünyanın 117 ölkəsində abunəçilərinə keyfiyyətli rominq xidmətləri təklif edir.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date