"Xocavənd" tankeri təmirdən sonra istismara verilib

"Xocavənd" tankeri təmirdən sonra istismara verilib
  • Clock-gray 15:03
  • calendar-gray 19 Dekabr 2019

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Nəqliyyat Donanmasına məxsus "Xocavənd" tankeri təmirdən sonra istismara verilib.

ASCO-dan "APA-Economics"ə verilən məlumata görə, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gəminin baş və köməkçi mühərrikləri, nasosları təmir olunub. Bununla belə, baş mühərrikdə 1 ədəd  dirsəkli val dəyişdirilib, bir ədəd  köməkçi mühərrik yenisi ilə əvəzlənib.

Məlumata əsasən, gəmi üzrə gövdə qaynaq, boru quraşdırma, avtomatika və elektrik quraşdırma, izolyasiya işləri yerinə yetirilib. Bundan başqa, heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.

Təmirdən sonra tanker dəniz sınağından uğurla keçib və istismara qaytarılıb.

"Xocavənd" gəmisi 2003-cü ildən Xəzər dənizində maye yük daşımalarına öz töhfəsini verir.

Emil İsmayılov

Digər xəbərlər