"Azercell" baş sponsor qismində "Bakutel 2019" sərgisində iştirak edir - FOTO

"Azercell" baş sponsor qismində "Bakutel 2019" sərgisində iştirak edir - FOTO
# 03 dekabr 2019 17:07 (UTC +04:00)

Ən son yenilikləri və qabaqcıl texnoloji həlləri bir araya gətirən “Azercell Telekom” MMC, 2019-cu ilin dekabr ayının 3-dən 6-dək Bakı Ekspo Mərkəzində keçiriləcək “Bakutel 2019” – Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin 25-ci Yubileyində baş sponsor və innovativ xidmətlərin təqdimatçısı qismində iştirak edir.

"Azercell"dən "APA-Economics"ə verilən məlumata görə, hələ iyun ayında ictimaiyyətə yeni brend kimliyini və rəqəmsallaşmaya doğru dəyişən strategiyasını açıqlayan Azercell şirkəti, hazırda 5G, Süni İntellekt (Aİ) və Əşyaların İnterneti (İoT) sahəsindəki ən son texnoloji nailiyyətləri yerli bazara gətirməklə, şirkətin məhsullar portfelini zənginləşdirmək üzərində çalışır.

"Gələcəyin cəmiyyətini və iqtisadiyyatını formalaşdıran texnoloji tendensiyalarla ayaqlaşmağı öndə tutan bir şirkət kimi, yüksək sürətli mobil internet və daimi bağlantını təmin etməyi hədəfləyirik. Azercell növbəti dəfə yerli bazarda lider mövqeyini qoruyaraq, ölkədə ilk 5G yeni nəsil simsiz şəbəkəsini təqdim etdi. İnanırıq ki, 5G texnologiyası müasir genişzolaqlı mobil rabitə xidmətlərində çevrilişə səbəb olmaqla bərabər, sənaye sahələri və müxtəlif müəssisələrdə yüksək məhsuldarlıq və effektivlik əldə etmək, habelə müştəri təcrübəsini mükəmməlləşdirmək üçün yeni imkanlar yaradacaq", - deyə "Azercell" şirkətinin prezidenti Vahid Mürsəliyev dekabr ayının 3-də “Azercell”in “Bakutel 2019” sərgisindəki stendində baş tutmuş mətbuat konfransında çıxışı zamanı bildirib.

Qeyd etmək lazımdır ki, mətbuat konfransından dərhal sonra “Azercell”in prezidenti Vahid Mürsəliyev və “Ericsson” şirkətinin Şərqi Avropa və Orta Asiya üzrə prezidenti Sebastyan Tolstoy Azərbaycanda 5G şəbəkəsinin qurulmasını və 5G texnologiyasının inkişafının sürətləndirilməsini həyata keçirən iki strateji tərəfdaş kimi jurnalistlər və sərgi ziyarətçiləri qarşısında Anlaşma Memorandumu imzalayıblar.

Beləliklə, bu ilin noyabr ayında Bakının Fontanlar meydanında baş tutan ilk pilot 5G şəbəkəsinin təqdimatından sonra, “Azercell Telekom” daimi tərəfdaşı “Ericsson” şirkəti ilə birlikdə ölkənin ən mühüm texnoloji tədbiri Bakutel sərgisində 5G texnologiyasına əsaslanan demo nümunələrini, həmçinin şirkətin biznes və pərakəndə müştəriləri üçün nəzərdə tutulan geniş çeşidli rəqəmsal məhsul, həllərini nümayiş etdirir.

Həmçinin sərgi çərçivəsində “SmartCell” həllinin tətbiqi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov və Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev memorandum imzalayıb. Məlumat üçün bildirək ki, “SmartCell” – üz tanıma texnologiyası (Face ID) ilə mobil nömrələrin satışını həyata keçirən rəqəmsal nömrə satışı sistemidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR