"Azərbaycan Dəmir Yolları" 115 mln. avroluq yeni qatarlar alır

"Azərbaycan Dəmir Yolları" 115 mln. avroluq yeni qatarlar alır
# 27 noyabr 2019 16:43 (UTC +04:00)

"Azərbaycan Dəmir Yolları" QSC "Stadler" şirkət ilə 10 ədəd 5 vaqondan ibarət olan "FLIRT" qatarlarının 3 versiyasının tədarükü üçün 115 mln. avro dəyərində müqavilə imzalayıb.

"APA-Economics"in "Stadler"ə istinadən verdiyi məlumata görə, qatarların dördü dizel və elektrik aqreqat ilə işləyən bölgələrarası qatarlar kimi xəttə buraxılacaq, altısı isə ancaq elektrik enerjisi ilə çalışan bölgələrarası və regional qatarlar kimi işlədiləcək.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" 2014-cü ildən etibarən bir neçə dəfə "Stadler" şirkətindən qatar sifariş edib. 2014-cü ildə QSC 30 ədəd yataqlı vaqon sifariş edib. 2015-ci və 2018-ci illərdə isə “Azərbaycan Dəmir Yolları” gündəlik xidmətdə olan və yüksək xidmət səviyyəsi təklif edən ikimərtəbəli "KISS" qatarlarına sifariş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR