“Azərkosmos” 40,6 milyon dollar dəyərində xidmət ixrac edib

“Azərkosmos” 40,6 milyon dollar dəyərində xidmət ixrac edib
# 28 dekabr 2019 11:10 (UTC +04:00)

2019-cu ilin yanvar-noyabr aylarında “Azərkosmos” ASC dünyanın 26 ölkəsinə 40,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

"APA-Economics"in xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib. Onun sözlərinə görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir ASC-nin ümumi gəlirlərinin 89 faizini təşkil edib.

2019-cu ilin noyabr ayında isə “Azərkosmos” ASC dünyanın 19 ölkəsinə 3,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib.

Qeyd edək ki, “Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar- noyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Malayziya, Birləşmiş Krallıq, BƏƏ-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR