"Azərpoçt" gələn il yeni xidmətini istifadəyə verəcək

"Azərpoçt" gələn il yeni xidmətini istifadəyə verəcək
# 03 dekabr 2019 14:16 (UTC +04:00)

Azərbaycan poçt operatoru "Azərpoçt" MMC-nin yeni "Postman" adlı yeni mobil poçtalyon xidməti gələn ildən etibarən istifadəyə veriləcək.

MMC-dən "APA-Economics"ə verilən məlumata görə, bu xidmət vasitəsilə vətəndaşlar həm maliyyə əməliyyatlarını həyata keçirə, həm də poçt və digər xidmətlərdən yararlana biləcəklər.

“"Postman" xidməti poçtalyonların işini asanlaşdırmaq və vətəndaşlara daha operativ xidmət göstərmək məqsədini daşıyır. Bu xidmətin gələn il istifadəyə verilməsi nəzərdə tutulur”, - deyə MMC-dən bildirilib.

Göstəriləcək xidmət çərçivəsində poçtalyonlar xüsusi POS-terminallarla təchiz olunacaq ki, bu cihazlar vasitəsilə göstərilən poçt xidmətlərini (pul köçürmələri, məktub və bağlama göndərişləri və s.), nağdsız qaydada da ödənişlərin aparılması mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR