"Azərsu" gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

"Azərsu" gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
# 29 dekabr 2019 16:05 (UTC +04:00)

"Azərsu" ASC 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

ASC-dən "AP-Economics"ə verilən məlumata görə, bununla əlaqədar, Səhmdar Cəmiyyətin Aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.

Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, həmçinin bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz su təminatı məqsədilə bütün təşkilati və texniki tədbirlər görüləcək.

"İstehlakçılardan xahiş olunur, su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu”nun 955 Zəng Mərkəzinə müraciət etsinlər", - deyə ASC-dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR