“Bakı Metropoliteni” 16 yeni ventilyator alacaq

“Bakı Metropoliteni” 16 yeni ventilyator alacaq
# 27 dekabr 2019 11:30 (UTC +04:00)

Gələn il "Bakı Metropoliteni" QSC tərəfindən əlavə olaraq 16 yeni ventilyator alınacaq.

QSC-dən "APA-Economics"ə verilən məlumata görə, onlardan 10-u mövcud xətlərdə quraşdırılacaq.

Texniki tapşırığa görə, ventilyatorların idarəetmə sistemləri "Siemens" və "Schneider" şirkətlərinin avadanlıqları üzərində qurulur.

Qeyd edək ki, bu il ərzində qurum tərəfindən 7 yeni ventilyator quraşdırılıb. Ventilyatorlar stansiyalarda və onlara yaxın tunel mənzillərində mikroiqlim şəraitinin daha da yaxşılaşdırılmasını təmin edir. Əvvəlki avadanlıqlar, ən yaxşı halda, 20-30 m3/saniyə məhsuldarlıqla işləyirdisə, yenilərinin havalandırma imkanı 3-4 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR