"Bakinternet"də bu gecə qısa fasilələr yarana bilər

"Bakinternet"də bu gecə qısa fasilələr yarana bilər
# 21 yanvar 2020 22:16 (UTC +04:00)

Gecə saatlarında "Bakı Telefon Rabitəsi" MMC-nin internet şəbəkəsində ("Bakinternet") xidmət keyfiyyətinin artırılması və şəbəkənin gücləndirilməsi istiqamətində təkmilləşdirmə işləri həyata keçiriləcək.

MMC-dən "APA-Economics"ə verilən məlumata görə, bununla əlaqədar müvafiq xidmətlərin göstərilməsində qısa fasilələr yarana bilər.

Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet xidmətinin fəaliyyəti tam bərpa ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR