"Buta Airways" Kiyev reyslərini "Borispol" aeroportuna yerinə yetirəcək

"Buta Airways" Kiyev reyslərini "Borispol" aeroportuna yerinə yetirəcək
# 25 noyabr 2019 15:26 (UTC +04:00)

Gələn ilin yanvarın 22-dən etibarən Azərbaycanın aşağı büdcəli aviaşirkəti “Buta Airways” Kiyev istiqamətindəki reyslərini “Borispol” beynəlxalq hava limanına yerinə yetirəcək (IATA: KBP). Qeyd edək ki, daha öncə reyslər “Julyanı” aeroportuna həyata keçirilirdi.

“Buta Airways”-dan “APA-Economics”ə verilən məlumata görə, 27 martadək qüvvədə olan 2019/2020-ci il qış uçuş cədvəli çərçivəsində “Buta Airways”in Bakı-Kiyev-Bakı marşrutu üzrə aviareysləri həftədə üç dəfə − çərşənbə axşamı, çərşənbə və cümə günləri həyata keçirilir. 2020-ci ilin yay uçuş cədvəli çərçivəsində də reyslərin eyni qrafikə əsasən davam etdirilməsi planlaşdırılır.

“Borispol” beynəlxalq aeroportu Ukraynanın ən böyük hava limanıdır və Kiyevdən 29 km cənub-şərqdə yerləşir. Ukrayna və xarici daşıyıcıların böyük hissəsi reysləri “Borispol” aeroportuna həyata keçirir, bu da öz növbəsində “Buta Airways”in sərnişinlərinə daha rahat birləşmələr planlaşdırmağa imkan verəcək.

Biletləri artıq əldə etmiş sərnişinlər aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR