"Poçtap" xidmətində 1 600-dən çox itirilən sənəd qeydə alınıb

"Poçtap" xidmətində 1 600-dən çox itirilən sənəd qeydə alınıb
# 11 dekabr 2019 13:10 (UTC +04:00)

"Azərpoçt" MMC-nin "Poçtap" xidmətində indiyədək 1 611 itirilən sənəd qeydə alınıb.

MMC-dən "APA-Economics"ə verilən məlumata görə, qeydiyyata alınan sənədlərin 481-i sahiblərinə çatdırılıb, 1 107-si isə aidiyyəti qurumlara göndərilib. Tapılan sənədlərin 23-ü “Azərpoçt”un filial və şöbələrində saxlanılır.

Qeyd edək ki, itirilmiş sənədlər "Poçtap" sistemində 30 gün saxlanıla bilər və bu dövrdən sonra müvafiq strukturlara göndərilməlidir. Sənədlər haqda məlumatlar xidmət operatoru tərəfindən itirilən sənədlərin məlumat bazasına daxil edilir. Sənəd tapılıbsa, sahibi bu barədə məlumatlandırılır və ona sənədi götürmək üçün hansı poçt şöbəsinə yaxınlaşa biləcəyi barədə bildiriş verilir. İtirilən sənədlər barədə məlumatı pochtap.az saytından əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR