2020-ci ildə Bakı Limanının yük dövriyyəsi 20% artıb

2020-ci ildə Bakı Limanının yük dövriyyəsi 20% artıb
# 18 yanvar 2021 14:05 (UTC +04:00)

2020-ci ildə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də (Bakı Limanı) bütün xidmətlər üzrə nəzərə çarpacaq artım müşahidə olunub.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mühüm hissəsi olan limanda ümumi yükaşırmanın həcmi 4,8 milyon tondan çox olub ki, bu da 2019-cu ilin müvafiq göstəricisindən 20% çoxdur. Tranzit yüklərin payı ümumi yükaşırmanın 87%-ni təşkil edib.

Qeyd edək ki, 2020-ci ildə aşırılan iri həcmli nəqliyyat vasitələrinin (TIR) və konteynerlərin sayı son 30 ilin rekord səviyyəsində olub. Hesabat dövründə iri həcmli nəqliyyat vasitələrinin (TIR) sayı keçən ilin müvafiq dövrünə nisbətən 28% artaraq 43 218 ədəd olub. Bunlardan 27 934 ədədi (65%) Bakı-Türkmənbaşı-Bakı, 15 284 ədədi isə (35%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib. Aşırılan konteynerlərin sayında isə 15% artım qeydə alınaraq, TEU ekvivalentində 40 345 konteynerə çatıb. Quru yük terminalında aşırılan yüklərin həcmi isə 2,8 dəfə artaraq 711,7 min ton təşkil edib.

Beləliklə, son 5 illə müqayisədə iri həcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında 5 dəfə, konteynerlərdə 3 dəfə, quru yük terminalında isə aşırılan yüklərin həcmində 3,5 dəfə artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR