2021-ci ildə dünyada elektromobil satışı ikiqat artıb

2021-ci ildə dünyada elektromobil satışı ikiqat artıb
# 29 may 2022 02:06 (UTC +04:00)

2021-ci ildə dünyada 6,6 milyon ədəd yeni elektromobil satılıb ki, bunun da yarısı Çinin payına düşür.

APA-nın xəbərinə görə, bu statistika Beynəlxalq Enerji Agentliyinin son hesabatında yer alır.

Qeyd olunur ki, ötən il elektromobil satışı ikiqat artaraq dünya avtomobil bazarında 10%-lik paya sahib olub. 2022-ci ilin ilk rübündə satılmış elektromobil sayı isə 2 milyon ədədi keçib. Başqa sözlə, illik əsasda 75% artım qeydə alınıb.

Hesabat müəlliflərinə görə, elektromobillərə marağın artması 2 başlıca amillə bağlıdır. İlk yerdə subsidiya gəlir. Ötən il elektromobil satışı üçün dünya üzrə 35 milyard dollar subsidiya verilib. Eyni zamanda istehsalçılar da model cərgəsini zənginləşdirib. 2015-ci ildən indiyədək model sayı 5 dəfə artaraq 450-yə yüksəlib. Elektromobilin əhalinin əksər hissəsi üçün əlçatanlığı təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR