2021-ci ilin əsas kibertəhdidləri açıqlanıb

2021-ci ilin əsas kibertəhdidləri açıqlanıb
# 11 mart 2021 10:24 (UTC +04:00)

Gizli girişlərin geniş yayılması, ofisə müdaxilə etmək üçün ev sistemlərinin sındırılması, “bulud” platformalarına hücumlar, mobil ödəmələr, QR-kodlar və sosial şəbəkələrlə saxtakarlıq 2021-ci ilin əsas kibertəhdidləri arasında olacaq.

APA-Economics” xəbər verir ki, bu barədə “McAfee” şirkətinin bu ilə olan proqnozlarında deyilir.

Mütəxəssislər gizli girişlərin yayılmasını əsas və ən təhlükəli tendensiyalardan biri hesab edirlər. Bu tip hücum təhlükəli sayılır. Belə ki, kibertəhlükəsizliyi atlamaq üçün etibarlı proqram təminatından istifadə olunur. Bu, məlumatların oğurlanması, məhv edilməsi və ya fidiyə almaq məqsədilə kritik sistemlərin dayandırılması ilə nəticələnəcək.

Bir çox şirkətlər işçiləri üçün məsafədən iş rejimini davam etdirdiyinə görə, ev şəbəkələrinin sındırılması da ən böyük təhdidlər sırasındadır. Kibercinayətkarlar 2021-ci ildə həm korporativ, həm də istehlakçı cihazlarına müxtəlif hücumlar edəcəklər.

Korporativ “bulud” təhlükəsizliyi yaxşılaşdıqca hakerlər konkret müəssisələr, istifadəçilər və tətbiqetmələr üçün xüsusi “exploit”lər yaradaraq cihazlarda, şəbəkələrdə və “bulud”da hücumlar edəcəklər.

Həmçinin, mobil tətbiqlər vasitəsilə də fırıldaqçılığın artımı proqnozlaşdırılır. Hakerlər daha çox QR-kod sxemlərindən istifadə edəcək, istehlakçıların fərdi məlumatlarına giriş əldə etmək məqsədilə sosial mühəndislik texnologiyalarını təkmilləşdirəcəklər.

Bundan başqa, kibercinayətkarlar sosial şəbəkələrdən istifadə edərək əlaqə qurmağa çalışacaqlar. Onlar öz qurbanları ilə qarşılıqlı əlaqə yaratmaq üçün “LinkedIn”, “WhatsApp”, “Facebook” və “Twitter”dən istifadə edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR