2022-ci ildə ölkə ərazisində 180-ə yaxın faydalı yataq sahəsinə baxış keçirilib

2022-ci ildə ölkə ərazisində 180-ə yaxın faydalı yataq sahəsinə baxış keçirilib
# 30 dekabr 2022 16:57 (UTC +04:00)

"2022-ci ildə ölkə ərazisində 180-ə yaxın yataq sahəsində baxış həyata keçirilib".

"APA-Economics" xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov ilin yekunlarına dair keçirilən brifinq zamanı deyib.

O bildirib ki, ümumilikdə agentliyin fəaliyyəti dövründə 800- ə yaxın yataq sahəsində monitorinq işləri aparılıb: “Keçirilən baxışlar zamanı bir sıra nöqsanlar aşkar edilib və müəyyən edilən qanun pozuntularının aradan qaldırılması həmçinin hüquqi qiymətin verilməsi məqsədilə hüquq-mühafizə orqanlarına müraciətlər olunub. Nəticədə faydalı qazıntı yataqlarının qanunsuz istifadəsi nəticəsində yer təkinə dəymiş ziyanın ödənilməsi təmin edilir. Həmçinin 2022-ci ildən etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə monitorinq işləri təşkil olunur. Aparılan monitorinqlərdə dron vasitəsi ilə çəkilən və əldə olunan görüntülər əsasında yataqların 3d modelinin çıxarılması və hasilat həcmləri müəyyən edilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR