AAYDA: Azərbaycanda hər il 800 kilometrədək kənd yolları yenidən qurulur

AAYDA: Azərbaycanda hər il 800 kilometrədək kənd yolları yenidən qurulur
# 18 mart 2021 11:26 (UTC +04:00)

Hər il Azərbaycanda 600-800 km uzunluğunda kənd yolları yenidən qurulur.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov "Caspian Energy Club"ın təşkil etdiyi "Online Round Table"da iştirakı zamanı bildirib.

Onun sözlərinə görə, bu, birbaşa kənd təsərrüfatının inkişafına və məhsulların iri bazarlara tez zamanda çatdırılmasına kömək edir: "Qeyd edim ki, ərazilərin işğaldan azad edilməsindən sonra respublika paytaxtını ölkə sərhədləri ilə birləşdirən magistral yollar artıq Ermənistan sərhədinə kimi uzadılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR