AAYDA: Ötən il Bakıda ümumi uzunluğu 301,5 km şəhər yolları yenidən qurulub və təmir olunub

AAYDA: Ötən il Bakıda ümumi uzunluğu 301,5 km şəhər yolları yenidən qurulub və təmir olunub
# 15 yanvar 2020 13:14 (UTC +04:00)

"2019-cu il ərzində Bakı şəhərində ümumi uzunluğu 301,5 km kilometr olan şəhər yolları yenidən qurulub və təmir olunub".

"APA-Economics"in məlumatına görə, bunu YAP-ın qərargahında keçirilən mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, bundan əlavə Bakı şəhərinin rayonlarında təmirə ehtiyacı olan 197,6 km uzunluğunda küçə və avtomobil yollarında, habelə qəsəbədaxili yollarda əsalı təmir işləri yerinə yetirilib.

2019-cu il ərzində Bakı şəhər yollarında 1 019,4 min kvadrat metr sahədə asfalt-beton örtükdə cari təmir işləri də yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR