ABŞ "Huawei"i kommersiya sirlərini oğurlamaqda ittiham edib

ABŞ "Huawei"i kommersiya sirlərini oğurlamaqda ittiham edib
# 14 fevral 2020 14:51 (UTC +04:00)

ABŞ hakimiyyəti Çinin “Huawei” və onun dörd törəmə şirkətini ABŞ şirkətlərinin kommersiya sirlərini oğurlamaqda ittiham edib.

APA-Economics”in “Securitylab”a istinadən verdiyi məlumata görə, “Huawei” və onun törəmə şirkətləri (“Huawei Device”, “Huawei USA”, “Futurewei” və “Skycom”) öz bizneslərini inkişaf etdirmək məqsədilə illərlə həm ABŞ, həm də Çində ABŞ-ın altı texnoloji şirkəti də daxil olmaqla əqli mülkiyyətləri qanunsuz mənimsəməyə cəhd göstərib.

Oğurlanan məlumatlar kommersiya sirlərini, marşrutlaşdırıcılar üçün istifadəçi təlimatlarını, mobil antenaların və robot sınaq texnologiyalarının müəllif hüquqları ilə əlaqəli materialları əhatə edir.

“Huawei” ABŞ hakimiyyətinin bütün ittihamlarını rədd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR