ABŞ-da aviasərnişin axını ötən il 60%-dən çox azalıb

ABŞ-da aviasərnişin axını ötən il 60%-dən çox azalıb
  • Clock-gray 11:23
  • calendar-gray 05 Yanvar 2021

2020-ci ildə koronavirus pandemiyası səbəbindən ABŞ aeroportlarında qeydiyyata alınan sərnişinlərin sayı illik ifadədə 61% azalıb.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi İdarəsinin (TSA) açıqlamasında deyilir.

TSA trafik həcmlərinin 2021-ci ilin əksər hissəsi üçün böhrandan əvvəlki səviyyələrdən olduqca aşağıda qalacağını gözləyir.

"2020-ci ildə sərnişin axınının əhəmiyyətli dərəcədə azalması səbəbindən ABŞ-ın hava limanlarında uçuş öncəsi qeydiyyatdan cəmi 324 mln. sərnişin keçib. 2019-cu ildə ölkənin aeroportlarda 824 mln. insan qeydiyyatdan keçmişdi", - açıqlamada deyilir.

Qeyd edək ki, bundan öncə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) 2020-ci ildə dünya aviaşirkətlərinin 118,5 mlrd. ABŞ dolları zərər edəcəyini proqnozlaşdırıb.

APA-Economics

Digər xəbərlər