ADY yeni tikiləcək dəmir yolu stansiyalarını velosiped dayanacaqları ilə təmin edəcək

ADY yeni tikiləcək dəmir yolu stansiyalarını velosiped dayanacaqları ilə təmin edəcək
# 03 iyun 2020 11:00 (UTC +04:00)

Ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin istifadəsini təşviq etmək məqsədi ilə dəmir yolu stansiyalarında velosiped dayanacaqları quraşdırılıb.

APA-Economics”in “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə istinadən verdiyi məlumata görə, hər kəs velosipedini belə dayanacaqda ödənişsiz park edə bilər. Hazırda Abşeron Dairəvi dəmir yolu xəttinin 13 stansiyasında velosipedlər üçün dayanacaqlar quraşdırılıb. Gələcəkdə yeni tikiləcək bütün stansiyaların velosiped dayanacaqları ilə təmin edilməsi də nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR