AERA-nın filialları işğaldan azad olunan ərazilərdə fəaliyyətə başlayır

AERA-nın filialları işğaldan azad olunan ərazilərdə fəaliyyətə başlayır
# 02 aprel 2021 20:18 (UTC +04:00)

“Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) filiallarının əsasnamələrinin təsdiq edilməsi barədə” Energetika Nazirliyinin müvafiq əmrində dəyişikliklər edilib.

Agentlikdən "APA-Economics"ə verilən məlumata görə, əmrə əsasən, AERA-nın Gəncə, Mingəçevir və İmişli filiallarının əsasnamələrində dəyişiklik edilərək onların fəaliyyət əraziləri genişləndirilib.

Əsasnamələrə edilən dəyişikliklərdə məqsəd 2020-ci ildə Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə enerji məsələlərinin tənzimlənməsi və bununla əlaqədar AERA-nın filiallarının funksionallığının yeni fəaliyyət əraziləri nəzərə alınmaqla təkmilləşdirilməsidir.

Dəyişikliklərə əsasən, Agentliyin Gəncə filialının fəaliyyət ərazisinə işğaldan azad edilən Kəlbəcər rayonu, Mingəçevir filialının fəaliyyət ərazisinə işğaldan azad edilən Ağdam rayonu, İmişli filialının fəaliyyət ərazisinə işğaldan azad edilən Şuşa şəhəri, Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı, Zəngilan, Qubadlı və Laçın rayonları daxil edilib.

Dəyişikliklər nəticəsində işğaldan azad edilən bütün ərazilərdə AERA-nın səmərəli fəaliyyəti təmin ediləcək, o cümlədən energetika sahəsində dövlət nəzarəti müvafiq filiallar vasitəsi ilə həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR