Avropa İttifaqı (Aİ) süni intellekt texnologiyaları ilə əlaqəli ən pis ssenarinin qarşısını almaq niyyətində olsa da, eyni zamanda onların iqtisadi potensialının inkişafını davam edəcək.
"APA-Economics" Rusiya mətbuatına istinadən xəbər verir ki, qanun layihəsinə görə, Avropa Komissiyası müəyyən "yüksək təhlükəli" süni intellekt sistemlərinin istifadəsini tamamilə qadağan etmək niyyətindədir. Qadağaya riayət etməyən ölkələr Aİ-yə üzv ola bilməyəcək, şirkətlər isə 20 mln. avro və ya gəlirin 4%-i məbləğində cərimə ödəməli olacaq.
Qanun layihəsinin son variantı bu ilin aprelin 21-də təqdim ediləcək.