AİB Asiya ölkələrinin su təhlükəsizliyi indeksini açıqlayıb - TOP-10

AİB Asiya ölkələrinin su təhlükəsizliyi indeksini açıqlayıb - TOP-10
# 21 dekabr 2020 11:15 (UTC +04:00)

Asiya İnkişaf Bankı (AİB) 2020-ci il üzrə Asiya ölkələrinin Milli Su Təhlükəsizliyi İndeksini (National Water Security Index, NWSI) açıqlayıb.

"APA-Economics"in AİB-ə istinadən verdiyi məlumata görə, NWSI dayanıqlı kənd və şəhər iqtisadiyyatlarının və əhalinin təhlükəsiz və əlverişli su təchizatı səviyyəsini, sanitar vəziyyəti və su təchizatı ilə əlaqəli riskləri (su təchizatında mümkün dayanmalar və s.) nəzərə alır.

Qeyd edək ki, AİB-ə görə, Asiyada bu il ən yüksək Milli Su Təhlükəsizliyi İndeksinə Yeni Zelandiya (89,1 bənd) sahib olub. Axırıncı pillədə isə Əfqanıstandır (39,5). Siyahıda ümumiyyətlə 49 ölkə yer alıb. Azərbaycan sözügedən reytinqdə 65,1 bəndlə 18-ci yerdə qərarlaşıb.

2020-ci ildə Milli Su Təhlükəsizliyi İndeksi üzrə TOP-10 Asiya ölkəsi:

#

Ölkə

İndeks

1

Yeni Zelandiya

89,1

2

Yaponiya

87,9

3

Avstraliya

87,8

4

Cənubi Koreya

84,0

5

Honkonq

81,5

6

Taybey

80,8

7

Sinqapur

78,0

8

Bruney

75,5

9

Malayziya

74,7

10

Qazaxıstan

73,7

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR