ASCO-nun növbəti onillik fəaliyyəti üzrə strateji inkişaf planı hazırlanır

ASCO-nun növbəti onillik fəaliyyəti üzrə strateji inkişaf planı hazırlanır
# 28 fevral 2020 13:51 (UTC +04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 2020-2030-cu illəri əhatə edən strateji inkişaf planı hazırlanır. Yeni strateji inkişaf planının hazırlanması beynəlxalq miqyasda tanınan və böyük nüfuza malik “McKinsey” şirkətinə həvalə olunub.

ASCO-dan “APA-Economics”ə verilən məlumata görə, ASCO ilə “McKinsey” arasında bağlanmış müqaviləyə əsasən icraçı tərəfin ekspertləri və ASCO rəhbərliyi arasında sənədin prioritet istiqamətlərinin müzakirəsi olub.

Məlumata görə, müzakirələrdə bildirilib ki, növbəti 10 ili əhatə edən strateji inkişaf planında ASCO-nun yeni bazarlara daxil olma imkanları barədə geniş təhlil yer alıb. Bu planın həyata keçirilməsi ilə şirkətin Xəzərlə yanaşı, Xəzərdən kənar mövqeyi daha da güclənəcək.

“Planın hazırlanması Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin çoxillik təcrübəsinə əsaslanaraq ASCO əməkdaşlarının iştirakı ilə həyata keçirilir”, - məlumatda qeyd edilir.

Qeyd edək ki, hazırda ASCO-nun beynəlxalq sularda 14 gəmisi üzür. Azərbaycan bayrağı altında istismar olunan bu gəmilərdən 12-si quru yük gəmisi, ikisi tankerdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR