AYİB Azərbaycanda yerli mebel istehsalçısına 4 mln. avro kredit ayırıb

AYİB Azərbaycanda yerli mebel istehsalçısına 4 mln. avro kredit ayırıb
  • Clock-gray 14:21
  • calendar-gray 18 Dekabr 2019

Azərbaycanda mebellərin istehsalı və pərakəndə satışı ilə məşğul olan "Saloğlu" şirkəti Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən ayrılacaq 7,6 mln. manatadə (4 mln. avro) kredit hesabına  rəqabətliliyini artıracaq və karbon tullantılarını azaldacaq.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bu kredit şirkətə enerji səmərəli istehsal fabriki, anbar və paytaxt Bakı şəhərində flaqman satış mağazası qurmağa imkan verəcək. Təchizat zənciri və inventar idarəetmə sistemini təkmilləşdirmək üçün "Saloğlu" həmçinin Cənubi Koreyanın AYİB Kiçik Biznesə Təsir Fondu vasitəsilə maliyyələşdirdiyi beynəlxalq məsləhət layihəsindən də bəhrələnəcək.

2000-ci ildə təsis edilmiş şirkət matras və divan kimi hissələr də daxil olmaqla, yumşaq, qonaq və yataq otaqları üçün mebel dəstlərinin istehsalında ixtisaslaşmışdır. "Saloğlu" həm də Azərbaycanda Türkiyə və ABŞ mebel brendlərinin distributoru qismində çıxış edir.

 

Şirkət təbii qaz əvəzinə istehsal prosesində əmələ gələn tullantılardan istilik əldə etmək üçün 3 MVt biokütlə qazanları quraşdırmaqla, mövcud və yeni istehsal müəssisələrini daha dayanıqlı edəcək. Bu ekoloji cəhətdən səmərəli investisiya ildə 1 000 ton ekvivalentində CO2 emissiyasını azaldaraq enerji mənbələri ilə bağlı daha yaxşı və dayanıqlı təcrübələri nümayiş etdirəcək.

İnvestisiyanı AYİB-in FINTECC proqramı üzrə təmin edilən Qlobal Ətraf Mühit Fondunun ayırdığı qrantlar tamamlayacaq.

 

 

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date