AZAL, “Azərbaycan Dəmir Yolları”, “Bakı Metropoliteni” və “BakuBus” İnvestisiya Holdinqinin idarəetməsinə verilib

AZAL, “Azərbaycan Dəmir Yolları”, “Bakı Metropoliteni” və “BakuBus” İnvestisiya Holdinqinin idarəetməsinə verilib
# 12 fevral 2021 13:10 (UTC +04:00)

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL), “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR