AZAL Azərbaycan vətəndaşlarının təxliyəsi üçün Türkiyəyə çarter reysləri təşkil edəcək

AZAL Azərbaycan vətəndaşlarının təxliyəsi üçün Türkiyəyə çarter reysləri təşkil edəcək
  • Clock-gray 18:56
  • calendar-gray 15 Mart 2020

Azərbaycan və Türkiyə arasında hava əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar olaraq, Azərbaycan milli aviadaşıyıcısı hökumətin tapşırığı ilə Türkiyəyə çarter reysləri təşkil edəcək.

APA-ya "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan vətəndaşları bu reyslər vasitəsilə vətənə çatdırılacaqlar.

Beləliklə, bugünkü çarter reysi ilə İstanbuldan Bakıya 474 Azərbaycan vətəndaşı çatdırılacaq. Daha bir çarter reysi sabaha planlaşdırılacaq.

Bundan əlavə, yaxın zamanda AZAL Ankara və Antalyaya çarter reysləri yerinə yetirəcək.

Lazım olduqca AZAL Azərbaycan vətəndaşlarının vətənə çatdırılması üçün çarter reysləri həyata keçirməyə davam edəcək.

 

Əvvəl də məlumat verildiyi kimi, Türkiyədə yaşayan, oxuyan və ya müvəqqəti qalan vətəndaşlarımızın mümkün müraciətlərinə operativ şəkildə cavab vermək üçün Azərbaycan səfirliyi və baş konsulluğunda "qaynar xətt" yaradılmışdır. "Qaynar xətt"in nömrəsi: +90537 282 67 40

Türkiyədəki Azərbaycan Səfirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, Türkiyədə yaşayan, təhsil alan və müvəqqəti səfər edən vətəndaşlarımız 24 saat aktiv olan +905372826740, +903124906913, +903124920423 “Qaynar xətt”lərə müraciət edə bilərlər.

apa-logo-mini

Digər xəbərlər