AZAL xaricidən Bakıya gələn Azərbaycan vətəndaşlarına müraciət edib

AZAL xaricidən Bakıya gələn Azərbaycan vətəndaşlarına müraciət edib
# 27 avqust 2020 15:10 (UTC +04:00)

"Azərbaycan Hava Yolları" QSC (AZAL) xarici ölkələrdən Bakıya gələn Azərbaycan vətəndaşlarına müraciət edib.

AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, müraciətdə deyilir:

"AZAL-ın yerinə yetirdiyi xüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı Azərbaycanda akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan vətəndaşı olan əcnəbilər; Azərbaycanda işləmək icazəsi olan əcnəbilər, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər və Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr buraxılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR