Abşeron, Binəqədi və Sabunçunun bəzi ərazilərində iki gün su olmayacaq

Abşeron, Binəqədi və Sabunçunun bəzi ərazilərində iki gün su olmayacaq
  • Clock-gray 16:33
  • calendar-gray 25 Noyabr 2020

Abşeron, Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərinə iki gün içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Ceyranbatan-Maştağa magistral su xəttinin Goradil dəmiryolu stansiyası ərazisindən keçən hissəsinin köçürülməsi ilə əlaqədar 26-27 noyabr 2020-ci il tarixlərində Abşeron, Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərinə (əsasən bağ massivlərinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

APA-Economics

Digər xəbərlər