Abşeron yarımadasındakı qəsəbələrdə əhalinin su ilə təminatına dair investisiya layihələri icra olunacaq

Abşeron yarımadasındakı qəsəbələrdə əhalinin su ilə təminatına dair investisiya layihələri icra olunacaq
# 01 fevral 2021 13:34 (UTC +04:00)

"Son illərdə fasiləsiz su təchizatı 80%-dən çoxdur. Sovet dövründə Bakının layihələndirilmiş və dizayn olunmuş qurğuları bu imkana hesablanmamışdı".

"APA-Economics"in məlumatına görə, bunu "Azərsu" ASC-nin Planlaşdırma və keyfiyyətə nəzarət departamentinin rəisi Bahadur Kəngərli bugünkü mətbuat konfransında deyib.

B. Kəngərli qeyd edib ki, bir vaxtlar günün 6 saatı 3 saat səhər, 3 saat axşam qrafiki ilə əhaliyə suyun verilməsi mümkün idi: "Həmin vaxt Bakıda istehlakçıların 35%-i 24 saat su ilə təchiz oluna bilirdi. Amma istehlakçı sayının kifayət qədər artmasına baxmayaraq, Bakıda bu rəqəm hazırda 80%-in üzərindədir. Daxili imkanlarla icra olunmalı layihələrin böyük bir hissəsini icra edə biləcəyik. Onu da qeyd edim ki, Abşeron yarımadasında qəsəbələrdə əhali tərəfindən maşınlarla su ilə təmin olunma müşahidə edilir. Bu, məskunlaşma aparılması, amma su şəbəkə və kanalizasiya qurğularının geri qalması nəticəsində baş verib. Bu ərazilərdə dövlət investisiyası sayəsində layihələr icra olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR