"Airbus" Fransa və İspaniyada istehsalı dayandırır

"Airbus" Fransa və İspaniyada istehsalı dayandırır
# 17 mart 2020 14:38 (UTC +04:00)

Yaxın dörd gün ərzində koronavirusla mübarizə tədbirləri çərçivəsində "Airbus" şirkəti Fransa və İspaniyada təyyarələrin istehsalını və yığımını dayandıracaq.

"APA-Economics"in "Airbus"a istinadən verdiyi məlumata görə, bu, yeni iş şəraitində səmərəliliyi artırmaqla yanaşı, gigiyena, təmizlik və özünü təcridetmə baxımından sağlamlığı və təhlükəsizliyi qorumağın ciddi şərtlərini yerinə yetirmək üçün kifayət qədər vaxt verəcək.

Eyni zamanda "Airbus" sözügedən həll yolunun əməliyyatlarına təsirini minimuma endirmək məqsədilə müştərilər və tədarükçülərlə də işləyir.

Qeyd edək ki, qlobal miqyasda yayılan bu virus aviasiya sənayesinə ciddi zərbə vurub. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hesablamalarına görə, sərnişindaşımalarla məşğul olan aviaşirkətlər virusun təsiri səbəbindən 2020-ci ildə 113 mlrd. ABŞ dollarınadək gəlirdən məhrum ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR