"American Airlines" "Boeing 737 MAX" təyyarələri ilə uçuşları bərpa edib

"American Airlines" "Boeing 737 MAX" təyyarələri ilə uçuşları bərpa edib
# 30 dekabr 2020 10:24 (UTC +04:00)

Dünyanın ən böyük aviadaşıyıcılarından biri sayılan ABŞ-ın "American Airlines" şirkəti 18 aylıq fasilədən sonra "Boeing 737 MAX" təyyarələri ilə uçuşları bərpa edib.

"APA-Economics"in CBS-ə istinadən verdiyi məlumata görə, sözügedən laynerlə ilk uçuş Mayəmi-Nyu-York aviareysi üzrə yerinə yetirilib. "American Airlines" "Boeing 737 MAX" təyyarələri ilə uçuşları bərpa edən üçüncü şirkət olub. Şirkətin aviaparkında 31 "Boeing 737 MAX" layneri mpvcuddur.

Qeyd edək ki, "Boeing 737 Max" tipli təyyarələrin uçuşları ardıcıl iki dəfə (2018-ci ilin oktyabrın 29-da İndoneziyada və 2019-cu ilin martın 10-da Həbəşistanda) baş verən aviaqəzalardan sonra bütün dünya üzrə dayandırılıb. Qəzalar 346 nəfər insanın ölümünə səbəb olub. Hər iki qəza təyyarənin burnunun əyilmə bucağına cavab verən MCAS sisteminin nasazlığı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR