Ankaradan Bakıya çarter reysi ilə 144 Azərbaycan vətəndaşı gətirilib - FOTO

Ankaradan Bakıya çarter reysi ilə 144 Azərbaycan vətəndaşı gətirilib - FOTO
# 05 iyun 2020 17:48 (UTC +04:00)

İyunun 5-də "Azərbaycan Hava Yolları" QSC (AZAL) Ankaradan Bakıya çarter reysi həyata keçirib. Həmin reyslə 144 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.

AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, ölkəyə gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR