"Apple" avtomobil istehsal etmək niyyətindədir

"Apple" avtomobil istehsal etmək niyyətindədir
# 22 dekabr 2020 10:20 (UTC +04:00)

ABŞ-ın "Apple" şirkəti 2024-cü ilədək qabaqcıl batareya texnologiyasına malik minik avtomobili istehsal etmək niyyətindədir.

"APA-Economics"in məlumatına görə, bu barədə "Reuters" mənbələrinə istinadən xəbər verir.

Bildirilir ki, şirkət 2014-cü ildə "Project Titan" layihəsi çərçivəsində öz avtomobilini inkişaf etdirməyə başlayıb. O vaxtdan bəri şirkət xeyli irəliləyib və hazırda müştəriləri üçün nəqliyyat vasitəsi yaratmaq niyyətindədir. Rəsmi olaraq "Apple"ın planları hələ açıqlanmayıb.

Şirkətin strategiyasında ən başlıca məqsəd yeni tip batareyaların istehsalıdır ki, bu da mövcud qiymətlərin xeyli endirilməsinə gətirib çıxaracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR