"Apple"ın Azərbaycanda satışları azalıb

"Apple"ın Azərbaycanda satışları azalıb
  • Clock-gray 10:20
  • calendar-gray 01 İyun 2020

Bu ilin may ayında Azərbaycanın mobil qurğular bazarında "Samsung"un payı aprel ayı ilə müqayisədə 0,83 faiz bəndi artıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, bu ilin iyunun 1-nə "Samsung"un ölkə üzrə bazar payı 52,5% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 3,5 faiz bəndi azdır. Populyarlığına görə "Samsung" ölkənin mobil qurğular bazarında lider olaraq qalır.

Bu ilin may ayında "Xiaomi" şirkətinin daxili bazar üzrə məhsullarının payı aprel ayı ilə müqayisədə 0,05 faiz bəndi azalıb. Bu göstərici bu ilin iyunun 1-nə olan məlumata görə 23% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisəyə 10 faiz bəndi çoxdur.

Üçüncü yerdə bazar payı 11,7% olmaqla "Apple" şirkətinin məhsulları qərarlaşıb. Bu şirkətin Azərbaycan üzrə bazar payı may ayı ərzində (aprel ayı ilə müqayisədə) 1 faiz bəndi azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici təxminən 2,3 faiz bəndi azdır.

Digər mobil cihaz istehsalçılarının Azərbaycanda bazar üzrə olan pay bölgüsü: "Huawei" – 4,6%, naməlum (əsasən Çin mənşəli) istehsalçıların mobil cihazları – 1,35%, LG – 1,15%, "Nokia" – 0,79%, "Lenovo" – 0,77%, HTC – 0,6%, “Sony” – 0,44% və s.

Hüseyn Vəliyev

Digər xəbərlər