Asiyada aviaqəzaların ən çox baş verdiyi ölkələr açıqlanıb

Asiyada aviaqəzaların ən çox baş verdiyi ölkələr açıqlanıb
  • Clock-gray 15:15
  • calendar-gray 11 Yanvar 2021

İndoneziya Asiyada ən çox təyyarə qəzası baş verən ölkələr siyahısının ilk pilləsində yer alıb.

"APA-Economics"in "Regnum"a istinadən verdiyi məlumata görə, bu barədə Aviasiya Təhlükəsizliyi Şəbəkəsinin (Aviation Safety Network) açıqlamasında deyilir.

Belə ki, 1946-2020-ci illər arasında İndoneziyada 153 təyyarə qəzası yaşanıb. Sözügedən aviaqəzalarda 3 039 nəfər ölüb. Qəzalar zəif pilot bacarıqları, mexaniki nasazlıqlar, hava hərəkətinə nəzarət problemləri və təyyarələrin əlverişsiz texniki baxışla ilə əlaqələndirilib.

Siyahıda İndoneziyadan sonra Vyetnam və Filippin yer alıb. Malayziya və Sinqapurda isə qəza nisbəti İndoneziya və Cənub-Şərqi Asiyanın digər qonşu ölkələrindən xeyli aşağıdır. Belə ki, Sinqapurda sonuncu dəfə təyyarə qəzası 1967-ci ildə baş verib.

APA-Economics

Digər xəbərlər