Avropada hava daşımaları qışda 75% azala bilər

Avropada hava daşımaları qışda 75% azala bilər
# 02 noyabr 2020 14:30 (UTC +04:00)

Bu qış Avropanın hava daşımalarının həcmi orta göstəricinin yalnız 25%-ni təşkil edə bilər.

"APA-Economics"in "Reuters" istinadən verdiyi məlumata görə, bunu "Ryanair" aviaşirkətinin rəhbəri Maykl O’Liri (Michael O'Leary) "Eurocontrol"un (Avropa Aviasiya Təhlükəsizliyi Təşkilatı) aviadaşımaların iki dəfə azalmasına dair proqnozunu şərh edərkən deyib.

"Düşünürəm ki, hava daşımalarında azalma daha əhəmiyyətli olacaq. Azalma 60-70%, hətta 75% təşkil edə bilər", - deyə o bildirib.

Beynəlxalq Aeroportlar Şurasının (ACI) məlumatına görə, sentyabr ayında koronavirus pandemiyası səbəbindən baş verən sənaye böhranı şəraitində Avropada sərnişin axını keçən ilin eyni dövrü ilə müqayisədə 73% azalıb və yanvar ayından bu yana Avropa hava limanları təxminən 1,29 mlrd. sərnişin itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR