Avtobuslarda yer sayından artıq sərnişin daşınmasına icazə verilməyəcək

Avtobuslarda yer sayından artıq sərnişin daşınmasına icazə verilməyəcək
# 23 mart 2020 22:42 (UTC +04:00)

“Avtobuslarda yalnız yerlərin sayı qədər sərnişin götürülməsinə icazə veriləcək”.

APA-nın məlumatına görə, bunu bu gün ölkədə xüsusi karantin rejimi elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, avtobusda olan yerlərin sayından artıq sərnişin götürülməsinə qadağa qoyulacaq: “Eyni zamanda sərnişinlərin özlərindən də çox şey asılıdır. Sərnişinlər də məsuliyyətli olmalıdırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR