"AzDataCom" "öncədən ödəmə" sisteminə keçir

"AzDataCom" "öncədən ödəmə" sisteminə keçir
# 24 dekabr 2020 15:47 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin operatoru olduğu "AzDataCom" provayderi 1 yanvar 2021-ci il tarixindən "öncədən ödəmə" sisteminə keçəcək.

Bu barədə "APA-Economics"ə Mərkəzdən bildirilib.

Qeyd olunub ki, qeyd olunan tarixdən etibarən abonentin istifadə edəcəyi internet haqqı "gündəlik hesablaşma" prinsipi ilə aparılacaq. Belə ki, ödəniş günündən sonrakı 30 təqvim günü növbəti ay üçün ödəmənin son tarixi hesab ediləcək.

Xatırladaq ki, "AzDataCom" ölkənin bütün şəhər və rayon mərkəzlərində genişzolaqlı internet xidmətləri göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR