"Azercell" "BluTV" xidmətini təqdim edib ®

"Azercell" "BluTV" xidmətini təqdim edib ®
# 23 aprel 2020 14:44 (UTC +04:00)

“Azercell” şirkəti “BlutTV” ilə eksklüziv tərəfdaşlığa imza ataraq, son illər ərzində dünyada sürətlə populyarlıq qazanan türk kino və seriallarını abunəçiləri üçün əlçatan edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, aprel ayının 21-dən başlayaraq “Azercell”, “BluTV” vasitəsilə izləmə rekordları ilə seçilən türk kinematoqrafiyasını, xüsusi olaraq “BluTV” üçün lentə alınan türk film və seriallarını smartfonlara gətirir.

Xidməti aktiv etmək qaydası çox sadədir: “iOS”, “Android”, PC və “Smart TV” əməliyyat sistemlərini dəstəkləyən “BluTV” tətbiqini yüklədikdən sonra, gündə 0,25 AZN ödəməklə günlük paketi və ya ayda 3 AZN ödəməklə aylıq paketi aktiv etmək mümkündür. Odur ki, xidmətə günlük qoşulmaq üçün “Start gun” açar sözünü 5550 qısa nömrəsinə göndərmək və ya telefonun ekranında *551#YES yığmaq kifayətdir. Aylıq paketi aktiv etmək üçün isə “Start ay” açar sözünü 5550 qısa nömrəsinə göndərmək və ya ekranda *554#YES yığmaq lazımdır.

Qeyd edək ki, “Azercell”in “BluTV” xidməti çərçivəsində aylıq abunəliyə ilk dəfə qoşulan müştərilərə xidmətdən 7 günlük pulsuz istifadə imkanı təqdim edilir.

Daha ətraflı: https://www.azercell.com/az/personal/services/partner_services/blutv/.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR